Əsas səhifə
     Həyatı
     Yaradıcılıq
     Foto arxiv
     Poemalar
     Əlavələr
     Qonaq kitabi



İslam Səfərli irsi - Həyatı


 

Naxçıvan çayının sol sahilində bir kənd var, - Şəkərabad kəndi. Əməksevər, qonaqpərvər adamları ilə tanınır bu kənd. Kəndin düz mərkəzindən evlərin yanı ilə burla-burla bir lilli arx da axır. Xalq arasında adına “Nehrəm arxı” da deyirlər. Kəndin mərkəzində, arxın kənarında bir ev var. Bu evdə 12 fevral 1923-cü ildə, Əhməd kişinin ailəsində İslam Səfərli dünyaya göz açmışdır. İslamın doğulduğu gün qəribə vaxta təsadüf edirdi, yeni bayram gününə. Qədim adətə  görə fevralın ikinci cümə axşamı Xıdır İlyas hər yeri gəzər və yazın, yeni həyatın başladığını xəbər verərdi.

İslam Səfərli də elə həmin gün dünyaya göz açmışdı. Bu gün də doğulanlar Sutökən bürcünə təsadüf edirdi. Sutökən ictimai həyatda, eləcə də insanların  taleyində mühüm rol oynayır. Klasik şərq astrologiyasında bu bürc altında doğulan adamları yüksək qiymətləndirir, onları mələk xislətli adlandırırdılar. Qədim Babilistanda isə bu zodiakın hakim olduğu dövrü müqəddəs ərəfə hesab edir, onun gəlişinə qurban kəsib, dualar oxuyurdular.

Əhməd kişi də oğlunun dünyaya gəlməsi münasibəti ilə bu hadisələri bilmədən, təsadüfən qurban kəsdirmişdir. Çünki, İslam evin ilk oğlu idi. Əhməd kişi yaman sevinirdi. Elə sevinirdi ki, sanki, deyərdin qanad açıb bu saat uçacaq. Kənddə böyük hörməti olan Əhməd xanı hamı təbrik edirdi. Niyə də etməyəydilər, axı atalarımız ta qədimdən “oğul evin dirəyidir” demişlər. Və bu gündən Əhməd xanın da dirəyi olacaqdı.

İslam Səfərlinin anası Hökümə xanım dövrünün tanınmış xanlarından olan Hüseyn xanın qızı olmuşdur. Hüseyn xan dövrünün humanist  və qayğıkeş xanlarından olmuş, qızı Hökümə xanıma büdcəsindən vərəsəlik hüququ vermiş, ildə bir dəfə küllü miqdarda qızıl pullar və o vaxt çox qiymətli olan ipək parçalar /top-top/ hədiyyə vermişdir. Naxçıvandakı duz istehsal edilən “Duzdağ” Hüseyn xanın mülkü olub.

Şahidlərin dediyinə görə Hökümə xanım aldığı qızıl pullara laqeyd olmuş, atasına bildirmişdir ki, -“bir belə ağır qızıl pulları verincə, “palazqulaq Nikolay pulları” versə daha yaxşı olar”.

Görünür Hökümə xanım kağız pulun yüngül olduğunu və az yer tuduğunu nəzərə alaraq belə olmuşdur.

Hüseyn xan onun bu arzusunu yerinə yetirir. Sovet hakimiyyəti quruduqdan sonra İslam Səfərli basdırılmış bu pulları kənd uşaqları ilə tapır. Uzunsov və şax olan bu pullardan kənd uşaqları ilə quş düzəldib uçurur. Külək uçurdulmuş bu “quşları” bütün kəndə yayır, Şəkərabad körpüsünün yanınadək hər yer Nikolay pulları ilə səpələnmiş olur.

Hökümə xanım ömrünün sonunadak gözü-könlü tox adam olub. Tanınmış xan nəslindən olması, həyatda heç bir zaman korluq çəkməməsi, etik tərbiyə qaydalarına dəqiqliklə riayət etməsi Hökümə xanımı bir humanist insan, ismətli Azərbaycan qadını kimi yaddaşlarda yaşatmışdır. Buna görə də Hökümə xanımın adı onu tanıyanlar tərəfindən hörmətlə çəkilir. İmkansızlara her zaman əl tutan Hökümə xanım deyərdi: “Birinə yaxşılıq edəndə ürəyim rahatlayır”.

Nağıllarda olduğu kimi İslam da çox tez böyüdü. O, çox dəcəl idi, səhərdən axşamacan damların üstündən, ağacların başından yerə düşməzdi. Uşaqlarla aşıq, çilingağac oynayar, evlərinin kənarından axan Nehrəm  arxından balıq tutardı.

Məktəb yaşı çatanda İslam kənd məktəbinin birinci sinifinə gedir. Dəcəl, qarayanız İslam dərs əlaçısı, müəllimlərin sevimlisi olur. İslam özündən yeddi yaş böyük qohumu Abbas (Abbas Quliyev Sovet İttifaqı Qəhramanı) və adşı İslamla dostluq edirdi. Dostu Abbas yeddiillik kənd məktəbini bitirdikdən sonra ailəsi ilə birlikdə Naxçıvana köçürlər. Bundan sonra İslam bütün mehrini adaşı İslama salır. Dərslərini onunla bir yerdə hazırlayır, bir yerdə oynayırdılar. Hər ikisi gumrah, qollu-biləkli idi.

İslam Səfərli Şəkərabad kənd yeddiillik orta məktəbi bitirdikdən sonra atası Əhməd xan ailəsi ilə birlikdə Naxçıvandakı Sarvanlar məhəlləsinə köçürlər. Əhməd xan Naxçıvan Ticarət Mərkəzində mühasib işinə düzəlir. İslam sənədlərini 1 nömrəli məktəbə sənədlərini verir (həmin məktəbə İslam Səfərli adını veriblər).

1941-ci ildə orta məktəbi bitirən İslam gecə-gündüz imtahanlara hazırlaşır, təhsilini davam etdirmək istəyirdi. Lakin arzuları ürəyində qaldı. Böyük Vətən müharibəsinin başlanması onun böyük arzularını alt-üst etdi. İslam Səfərli cəbhəyə getməmişdən qabaq anadan olduğu Şəkərabad kəndinə gəlib, müəllimləri, dost-tanışları ilə görüşdükdən sonra dostu İslamı tapıb keçmiş həyətlərinin  yanında axan Nehrəm arxının yanına gəlirlər. Onlar söyüd ağaclarının budaqlarından iki şiv kəsirlər. Hərəsi şivlərdən birini arxın əks tərəfinə  əkir. Müharibəyə getməyə söz verirlər. Bu söyüdləri isə xatirə olaraq əkirlər ki, ölümlü-itimli müharibədən hər hansı sağ-salamat qayıtsa, həmin söyüdlərə  baxıb,  bir-birini yad etsin........

İslam Səfərlinin anası Hökümə  xanım həmişə deyərdi: “Bir dəfə yuxuda gördüm ki, bir nəfər mənə deyir-“Sənin bu oğlun böyük adam olacaq.....” Eşidən bilən “yuxun çin olsun” deyərdi.

Sən deme Hökümə xanımın bu yuxusu doğrudanda nə vaxtsa çin olacaqmış. İslam böyüdükcə, onun arzuları da böyüyəcək, onu daha da şöhrətləndirəcəymiş..............



 

SAFARLI NEW SERVICE


adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free