
arxa fondakı portret dünya şöhrətli yazıçı Ernest Heminqueyindir
Şair-dramaturq İslam Səfərli “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Çex qızının məhəbbəti”, “Qeyrət qapısı”, “İnsan ləpiri” və s. poemalarında Böyük Vətən müharibəsində qəhrəmanlıqla vuruşan və zəfərlər qazanan oğul-qızlarımızın igidliklərindən söhbət açılır. Bu poemalar şairin təxəyyülünün deyil, özünün keçdiyi döyüş yolunun qanlı-qadalı günlərinin, aylarının, illərinin acı xatirələridir. Lakin bu poemalarda sabaha nikbinlik, cəsurluq, torpağa, Vətənə sevgi, daim irəli, qələbəyə sarı addımlayan anlar təsvir olunmuşdur. Qafqazdan tutmuş, Ukrayna və Pribaltikaya qədər şərəfli döyüş yolu keçmiş İslam Səfərli bu poemalardakı hadisələri təbii bir şəkildə açıb göstərə bilmişdir. Çünki, buradakı hadisələr müharibə zamanı özünün gördüyü, üzləşdiyi hadisələrdir və bu hadisələr hər zaman bir lent kimi onun gözləri önündən keçmişdir.
QEYD EDƏK Kİ, İSLAM SƏFƏRLİNİN POEMALARININ BİR QİSMİ SAYTA YERLƏŞDİRİLİB