İslam Səfərli irsi - Aylı Gecələr


Könül Arifqızı: Ötən əsrin 50-ci illərində Bakını mərkəzi küçələrinin birində məşhur incəsənət xadimlərinin yaşadığı Bakıxanov küçəsindəki binada gözəl bir ailə yaşayırdı. Cahangir Cahangirovu ailəsi.

            Həmin dövr Cahangir Cahangirovun həyatında əlamətdar hadisələrlə zəngin olur. Arazın o tayında “Vokal” simfonik əsəri böyük şöhrət qazanır. O ərəfələrdə böyük bəstəkar Azərbaycan Dövlət Verlişləri komitəsindəki xora rəhbərlik edirdi. 1951-ci ildə Konsirvatoriyanın bəstəkalıq fakültəsini bitirir və 1954-cü ildə bu böyük təhsil ocağına müəllim kimi dəvət alır. Bəstəkar iri həcimli vokal əsərlər, sinfonik poemalar, konsert müəllifi idi. Böyük yaradıcı uğurlarbir-birini əvəz edirdi və bəstəkar eyni zamanda “Araz” operası üzərində də işə başlayır.

            Bəstəkarın həyatında önəmli hadisələrdən biri də o idi ki, böyük sənətkarlarla bir mühitdə hətta qonşuluqda yaşayırdı. Və daima bu yaradıcı auranı hiss edirdi. 1950-ci illərdə iri həcimli əsərlərlə yanaşa biri-birindən gözəl mahnılar yaranırdı. Tarixçəsi həmin gözəl anlardan olan bir mahnı haqqında danışmaq istəyirik.

            Bəstəkarın ailəsində 3 övlad böyüyürdü. Cahangir müəllim də çox mehriban və qayğıkeş ata idi. Həyat yoldaşı Tahirə xanımı da sonsuz məhəbbətlə sevirdi. Təsadüfi deyil ki, bəstələdiyi bir çox mahnıları da xanımına həsr etmişdi. Söhbət açdığımız “Aylı gecələr” mahnısı da Tahirə xanıma həsr olunmuşdu.

 

Aidə xanım (Cahangir Cahangirovun qızı):  “Aylı gecələr” mahnısı 1950-ci illər yarandı. Bu dövürdə biz Bakıxanov küçəsindəki “aktyorlar” evində yaşayırdıq. Bu mahnını atam, anam – Tahirə xanım üçün bəstələmişdi. Birinci bu mahnının ifaçısı Rəşid Behbudov olmuşdur. Rəşid müəllim bizimlə qonşu idi. Mahnı tez bir zamanda böyük şöhrət qazandı və tamaşaçılar  tərəfindən rəğbətlə qarşılandı.

Könül Arifqızı: Ən maraqlı anlardan biri o idi ki, başqa mahnılardan fərqli olaraq bu mahnının birinci musiqisi yarandı. Sonra isə şair İslam Səfərli sözlərini yazdı.

Aidə xanım (Cahangir Cahangirovun qızı): Əvvəl atam musiqini yazdı. Sonra isə İslam Səfərli sözləri yazdı. İslam müəllim həmişə atamdan soruşurdu: “kimə həsr etmisən bu mahnını?”. Ona görə ki, atam İslam müəllimdən xahiş etmişdi ki, sözləri gözəl gözlərdən yazsın.   Anama çox musiqilər həsr olunmuşdur. Bir mahnı vardı – “Gəl” mahnısı, bu mahnını da Nərminə Məmmədova və xor ifa etmişdir. Rəşid Behbudovun “Ala gözlər” mahnısı da anama həsr olunmuşdur. Demək olar ki, bütün mahnıları atam ala gözlərdən yazmışdır.

Könül Arifqızı: Taleyinə acılı-şirinli xatirələr yazan ailələrdən biri də şair İslam Səfərlinin ailəsi olmuşdur. 1950-ci illərdə Sovet Azərbaycan siyasi və mədəni iqlimi bir-birinə bağlı idi. Və hökümətin başında duranların əmri ilə sənətkarların üzünə bütün qapılar bağlanırdı. O dövrün qəribəlikləri də İslam Səfərlinin ailəsindən yan keçmədi. Unun müddət “Göz həkimi”indəki Şahbazov obarazının Mir Cəfər Bağırovla oxşarlığını söyləyən insanlar görkəmli yazarı sənət aləmindən uzaqlaşdırmağa çalışırlar. Amma pis günün ömrü az olar deyiblər. Gün gəlir “Göz həkimi” pyesi, bütün İslam Səfərli irsi tutqun buludlardan sonra parlayan günəş şəfəqi tək yenidən parlayır.  1950-ci illərdə ədibin həm həyatında həm də yaradıcılığında gözəl və əlamətdar hadisələr bir-birini əvəz edir.

            İslam Səfərlinin ailəsində 3 övlad böyüyürdü – İlham, Dilşad və son beşik İradə . Şair son dərəcədə mehriban insan  və qağıkeş ata idi. Onun xanımına sonsuz məhəbbəti yazdığı şeirlərdə də öz əksini tapır. Bu şeirlərin səmimiliyinə və realist ruhuna biganə qalmaq mümkün deyil. Təsadüfi deyil ki, İslam Səfərli şeirləri dövrünün bəstəkarlarını da cəlb elədi. Cahangir Cahangirov da İslam Səfərli poeziyasının vurğunu idi. Və bu əməkdaşlıqdan neçə-neçə sənət əsərləri yarandı. Yəqin məhz ona görə də “Aylı gecələr” mahnısının sözlərini Cahangir müəllim İslam Səfərliyə etibar etdi. Və beləcə ötən əsrin 1950-ci illərində Cahangir Cahangirov və İslam Səfərli qələmindən çıxan nurlu mahnı “Aylı gecələr” yarandı.

Dilşad Səfərli (İslam Səfərlinin qızı): Atamla Cahangir Cahangirov bir çox mahnıların üzərində işləyiblər. Və bu mahnılar demək olar ki, hamısı qızıl fondda saxlanır. Onlardan biri də “Aylı gecələr” mahnısıdır. Düzdü bu mahnı hazırlanarkən biz hələ balaca idik. Mənim yadımda deyil. Lakin soralar bu mahnını  Rəşid Behbudovun ifasında eşitdik, bəyəndik.

Könül Arifqızı: 1964-cü ildə fortopiyanonun müşaiəti ilə böyük müğənni Rəşid Behbudov “Aylı gecələr”i ifa etdi. Rəşid müəllim Cahangir Cahangirovun bir çox mahnılarının ifaçısı olmuşdur. Amma “Aylı gecələr” onun ifasında xüsusi təsirlə səslənir.

Siyavuş Kərimi: “Aylı gecələr” mahnısının ilk ifaçısı, mənim xatirimdə Rəşid Behbudov olmuşdur. Ümumiyyətlə, bəstəkar tərəfindən hər hansı bir mahnı yazılırsa, biz belə öyrənmişik ki, hansısa müğənniyə nəzərdə tutulur. Bu gün isə ayrı cürdür. Mahnını kim aldı, o da oxuyur. Amma əslində mahnı hansısa müğənniyə nəzərdə tutulmalıdır.

Akif İslamzadə: Rəşid Behbudovdan sonra mahnı oxumaq qeyri mümkündür. Çünki, Rəşid elə bil sənətkardır ki, özündən sonra hansısa bir notda boşluq qoymur. Bütün boşluqları doldurur.

Könül Arifqızı: Rəşid Behbudovun ifasını dinlədikcə o həzin aylı gecənin mənzərəsi xəyalımızda canlanır. İslam Səfərli poeziyasının Cahangir Cahangirov qəlmindən yaranan o qeyri adi ahəng, sehirli aləm böyük müğənninin səsində, nəfəsində yaşayırdı.

            Bəzi mənbələrə görə bu mahnını özünə məxsus ifaçılarından biri də Gülağa Məmmədov ilk dəfə bu mahnıya 1956-cı ildə müraciət edib. Görkəmli müğənni mahnının ifasında özünə məxsus təqdimata nail ola bilib.

Aidə xanım (Cahangir Cahangirovun qızı): Bu mahnını çoxları ifa edib. Gülağa Məmmədov isə bu mahnını sevə-sevə ifa edib. Gülağa müəllim bu mahnını çox xoşlayırdı.

Siyavuş Kərimi: Mahnı özü və melodiyası çox cəlbedicidir. Çox maraqlı melodiyadır. Özünə məxsus Cahangir Cahangirov hormoniyaları var. Bu mahnını Gülağa Məmmədov və Nərminə Məmmədovanın ifasında da eşitmişəm. Və hər dəfə bu mahnıya sevə-sevə qulaq asıram. Diqqəti cəlb edən mahnıdır.

 Könül Arifqızı: “Aylı gecələr” mahnısının ifaçıları sırasına Nərminə Məmmədova, Rauf Adıgözəlov, Lütfiyar İmanov və bir çox tərzanlarımızın, solo alət ifaçılarının adlarını qeyd etmək lazımdır. Çünki, onlar da mütəlif illərdə müraciət etmiş və öz ifaları ilə “Aylı gecələr” mahnısının taleyində rol oynamışdılar.

            1986-cı ildə “Aylı gecələr” mahnısı bir daha yeni ifada səslənir. Gözəl müğənni Akif İslamzadənin ifasında.  Əsər istedadlı müsiqiçi, əsl sənətkat, böyük yaradıcı şəxsiyyət Rafiq Babayevin son dərəcədə maraqlı təqdimatında estrada simfonik orkestrinin müşaiəti ilə səslənir. Rafiq Babayev aranjemanı o qədər qeyri-adi, gözəl idi ki, Cahangirov musiqisindəki ilahi təsiri sonadək insanı tərk etmir.

Akif İslamzadə: Bu mahnını maraqlı tarixçəsi var. Yəqin ki, tamaşaçılara maraqlı olar. Bir gecə, o vaxtlar “Araz” stansiyası var idi. Gecələr konsert olardı. O konsertlərin birində mən bu mahnını eşitdim. Sözsüz ki, Rəşid Behbudov böyük sənətkardır. Amma elə olur ki, sənətkarın, görürsən ki, yaradıcılığında özüdə bilmədən, mahnını sadəcə mahnı kimi oxuyur. Ancaq Rəşid Behbudov sözsüz ki, bu mahnını gözəl ifa edib. Mən “Aylı gecələr” mahnısında kiçik boşluqlar hiss elədim. Və ona görə də bu mahnını hazırladıq.

            Sözsüz ki, bu mahnını hazırlaşmamışdan qabaq Rafiq Babayevə göstərdim. Dedim bu mahnını çox gözəl mövzudadır, material çox gözəldir. Rafiqində yadına düşdü. Dedi ki, bu mahnını gözəl orkistrovka edərəm. Doğurdan da orkistrofka elədi və biz, bu mahnını başqa üslubda özümüzə uyğun orkistrofkada ifa etdik.

Siyavuş Kərimi: Akif İslamzadənin ifasında “Aylı gecələr” sözsüz ki, böyük Rafiq Babayevin aranjemanından sonra tamamilə yeni hormaniyalar, yeni səslənmələr, partitura tamam ayrı cür idi. Və elə partituranı, elə aranjemanı oxumamaq qeyri mümkündür. Və bu da Akif İslamzadənin qismətinə düşdü. Akif də bu mahnını çox məharətlə ifa etdi.

Akif İslamzadə: Bu mahnıda Rafiq Babayevin çox böyük zəhməti olumuşdur. Çünki, burada bəstəkar öz yerində, şair öz yerində, orkistrofka mahnıya yeni bir nəfəs verdi. Və biz də Rafiklə mahnının üzərində çalışmışdıq. Bəzən elə olurdu ki, mən həftələtlə Rafiqin yanında bu mahnını oxuyurdum ki, o məqamı Rafik tuta bilsin. Hətta bu mahnıya görə operanın orkestrindən valtor və arfan dəvət etmişdik. Çünki estrada orkestrində valtor və arfan yox idi.

Aidə xanım (Cahangir Cahangirovun qızı): Akif İslamzadə bu mahnını özünəməxsus ifa edib.

Akif İslamzadə: Bir faktı da deyim ki, Cahangir Cahangirov bu mahnıya mənim ifamda qulaq asanda, biz Moskvada təsadüfən rastlaşdıq. Soruşdum ki, Cahangir bəy mahını bəyəndiniz? Mənə dedi ki, ikinci variant əla, amma birincini bəyənməmişdim. Və mən də səsimi çıxarmadım ki, bu mahnıda ikinci variant olmayıb. Görünür, mahnı birinci dəfə Cahangir müəllimi tutmamışdı. Yəqin ikinci dəfə qulaq asandan sonra bəyənmişdi.

            Bax, bu mahnının qısa tarıxçəsi.

Könül Arifqızı: Bu mahnının son illərdə yeni ifaçıları yarandı. Onlardan biri də Qismətdir. 2005-ci ildə isə Qismət mahnının yeni vezual versiyasını tamaşaçılara təqdim etdi.

Qismət (müğənni): Bu mahnını təsadüfən eşitdim. Dostumla repertuar seçəndə o mənə “Aylı gecələr” mahnısını məsləhət gördü. Və dedi ki, istəsrdim sən bu mahnını ifa edəsən. Bu mahnı səndə yaxşı alınar.  Mənə Akif İslamzadənin ifasında bir kaset verdi. Qulaq asdım. Həqiqətəndə xoşuma gəldi. Bu mahnıda vokal imkanlarını daha yaxşı göstərmək olur.  Mən də o vaxta kimi belə mahnı ifa etməmişdim. Aranjeman etdik. Dostumuz Emil Haşımov aranjeman etdi. Və biz Emillə belə qərar verdik ki, Rafiq Babayevin aranjemanını saxlayaq, toxunmayaq.

Siyavuş Kərimi: Ümumiyyətlə, aranjemançı hansısa bir melodiyanı aranjeman edirsə, birinci növbədə o, həmin melodiyanı sevməlidir. Öz canına hopmalıdır. Sonra isə öz filtirindən çıxarmalıdır.

Dilşad Səfərli (İslam Səfərlinin qızı): Son illər gənclər bu mahnını ifa edirlər. Onlardan Qismət, Nurlan Növrəslini deyə bilərəm. Bu müğənniləri də çox bəyənirik.

Qismət (müğənni): Bəzən deyirlər ki filan müğənni filan mahnını möhürünü vurub. Onda belə çıxır ki, həmin mahnı oxunmasın, batsın getsin? Gözəl mahnıları yaşatmaq üçün həmişə oxumaq lazımdır.

Akif İslamzadə: Hər hansı mahnını oxumamışdan qabaq mahnının ruhunu tutmalısan. Çünki hər mahnının öz ruhu var.

Könül Arifqızı: Nurlan Növrəsli 2004-cü ildə “Azəri Star” yarışmasında “Aylı gecələr” mahnısını ifa etdi. Və gənc müğənninin ifası diqqətdən kənarda qalmadı.

Nurlan Növrəsli (müğənni): Müsabiqə üçün mənə mahnı seçimi lazım idi. Və elə oldu ki, “Aylı gecələr” mahnısını ifa eliyəsi oldum. Birinci dəfə bu mahnını necə oxuduğum xoşuma gəlmədi. Və hardasa mahnıda yaşaya bilmədim. Amma elə oldu ki, bu mahnını ikikci dəfə oxuyası oldum. İkinci dəfə məndən aslı olmayaraq, mahnı alındı. Akif İslamzadənin ifasında çox gözəl alınıb. Məndə o ifa üzərində bu mahnını öyrənmişəm. Sonradan bilmişəm ki, Rəşid Behbudov tərəfindən də bu mahnı ifa olunub.

Akif İslamzadə: “Azəri Star” da Nurlan bu mahnını ifa etdi. Əlbətdə, bu mahnıda bəzi korrektələr etmişik.

 Nurlan Növrəsli (müğənni): Akif müəllimin də məsləhətləri oldu. Ailədə də məsləhətlər oldu. Mənə elə gəlir ki, mahnı uğurlu alındı.

 Siyavuş Kərimi: Bu mahnıya müraciətlər çox olacaq.

 Könül Arifqızı: Bu ifa mahnının taleyində sonuncu ifa olmayacaq. Çünki, İslam Səfərli və Cahangir Cahangirov kimi böyük sənətkarların 1950-ci illərdə birgə yaratdıqları sənət əsəri, əgər bu günə kimi sevilir, dinlənilirsə, hələ bundan sonrakı, nəsillərin ürəklərinə yol tapacaq...

                                                     

      Bir mahnının tarixçəsi “Aylı gecələr”
İctimai televiziya, Xronometraj: 29 dəq.



adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free