İslam Səfərli irsi - Yaşar Nuridən





Azərbaycan Respublikasının Xalq artisti, 
“Göz həkimi” pyesində
 şofer Həsənağa rolunun mahir ifaçısı Yaşar Nurinin söylədiklərindən:

 

         - İslam Səfərli kimi böyük bir şəxsiyyət haqqında danışmaq mənim üçün olduqca fəxrdir... Mən özümü xoşbəxt sayıram ki, onun yazdığı “Göz həkimi” televiziya tamaşasında ən maraqlı rollardan biri olan Həsənağanı oynamışam. Bu tamaşa istər hissə şəkilində “Komediya aləminə səyahət” verlişində və yaxud pyes şəklində Lütfi Məmmədbəyovun qurluşunda Azərbaycan Milli Televiziyasında ifa edilib. Bilirsiz, İslam Səfərli dramaturgiyasında özündə bir poeziya var. Orda yalan və qazet sözü yoxdur.

“Göz həkimi” uzun müddət Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsindən düşmədi. Tamaşada oxuduğum mahnı dillər əzbəri oldu:

 

Sənsiz maşınım çıxmaz yola,

Gəl biz verək yar, qol-qola.

O gün bilet tapmadım,

Bu gün gedək biz futbola.

Gəl Gülücan, gəl Gülücan,

öz yarım gəl.

Gəl Gülücan, Gəl Gülücan,

baharım gəl.

 

         -Və bu rolu mərhum sənətkarımız Möhsüm Sananidən sonra oynamaq mənim üçün çətindi.

         - İslam Səfərlinin “Göz həkimi”ndəki Həsənağa rolu mənə az-çox şöhrət gətirdi. Məni artıq Həsənağa da, şofer Həsənağa da deyirdilər.... Yaşım o vaxt imkan verməzdi İslam Səfərli ilə dostluq edəm. Amma o, uşağnan uşaq idi, böyüknən böyük. O, mənə bu imkanı verdi. Mən onun ailəsilə, oğlu İlhamla, qardaşı  Hidayət ilə yoldaşlıq, dostluq edirik. Mən istərdim ki, gələcək tamaşaçı, poeziya həvəskarları İslam Səfərlini tanısınlar. Və arzu eliyərdim ki, bu gün bizim üçün çox aktual olan “Göz həkimi” Milli Akademik Dram  Teatrında səhnəyə qoyulsun. İmkan olsa, mən yenə gəlib, Həsənağa rolunu oynayam.

 

 


adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free