İslam Səfərli irsi - Bəxtiyar Vahabzadə





Xalq şairi Bəxtiyar Vahabzadənin dedikləri:

 “...İslam Səfərli tələbəlik illərində yataqxanada qalırdı. Yataqxana həyatının incəliklərini, özünəməxsus cəhətlərini çox gözəl müşahidə etmiş, “DARÜLFUNUN ŞEİRLƏRİ” başlığı altında çap eləmişdir. Məsələn: burada yataqxana şeiri çox maraqlıdır. Deyir  ki, 
Pilətəylə isindikcə de, yataqxana,
Qazan asıb, qonşu qızdan duz almısanmı?
Çox incə bir detaldır. Yataqxanada qalmayan adam bunu hiss eliyə bilməz.
Məsələn: -
Bəzən dilsiz gecələrdə girib yerinə,
Yuxu basıb, döşdə dəftər yatmısanmı sən?
...Söylə görüm, söylə görüm, ey yataqxana
Kim tərk etmiş məndən qabaq bu çarpayını?
O çarpayıda ki şair yatırdı, onun üçün maraqlıydı, ona qədər bu çarpayıda kim yatıb, ondan sonra kim yatacaq?
Bu poetik müşahidələrin nəticəsidir. Yaradıcılığında olan bu cəhət İslamı dramaturqiyaya gətirdi. Təsadüfi deyil ki, öz yaşıdları içərisində ilk dəfə dramaturgiyaya gələn İslam Səfərli oldu. O, həyat müşahidələri nəticəsində “Göz həkimi”ni yazdı. Buradakı Həsənağa doğurdan da ədəbiyyatımızda yeni bir obraz idi. Adi bir sürücünün obrazı. O həyatdan, müşahidələrdəngələn bir obraz idi.
Eləcə də onun yaradıcılığında həyatdan gəlmə detallarla yazma, bunlar öz yerində. Amma bir cəhəti istəyirəm, İslam Səfərli yaradıcılığında bir axıcıllıq, poetiklik, səmimiyyət var. Ona görə də bir çox şeirləri bəstəkarların diqqətini çəkmişdir. Onun “Həkim qız”, “Bakı, sabahın xeyir!”, “Ay qaşı, gözü qara qız”, “Qoaq gəl bizə”, “Nə vaxta qaldı?”, “Bir könül sındırmışam” və s. yüzlərlə mahnıları bu gün də xalqhabın dilindən düşmür, sevilə-sevilə oxunur. Bunun səbəbi nədir? Bayaq dediyim kimi dilində saflıq, duruluq, səmimiyyət, bir də poetiklik...
İslam Səfərli şeirlərinin gözəlliyi bənzəmələr, istiarələr, poetik detallar, bədii ifadələrdir”.

 Azərbaycan Dövlət Televiziyası.
“Poeziyamızın İslam Səfərli Zirvəsi” verlişi
2000-ci il

 

adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free