İslam Səfərli irsi - Bakı, sabahın xeyir!



 

 [İslam Səfərlinin sözlərinə bəstələnmiş “Bakı, sabahın xeyir” manısı 7 hecalı mətnə yazılmış nümünələrdəndir. Bu mahnıda həm kuplet, həm də nəqəratda səslənən şer bəndləri beş misralıdır. Onların üç birinci misrası bir-birilə, dördüncü və beşinci misraları isə sonrakı şer bəndlərinin sonuncu miraları ilə həmqafiyədir. Bir sıra mahnılarda olduğu kimi bu mahnıda da Emin Sabitoğlu mahnı boyu dəyişməz olan ritmik özəklərdən istifadə etmişdir. “Bakı, sabahın xeyir” mahnısında bu səkkizlik və çərək notların triollarla verilməsində özünü göstərir. Mahnının elə ilk cümləsi buna parlaq nümünə ola bilər.]

Könül Arifqızı: Ötən əsrin 1971-ci ildə böyük bir yaradıcı heyət o cümlədən bəstəkar Emin Sabitoğlu “Azərbaycan Telefilm”in istehsalı olan “Gün keçdi” filminin üzərində işə başlayırdılar. O zaman filimin musiqisi Emin Sabitoğluna həvalə olunmuşdur və filmin mahnılarını da dövrün məşhur ifaçıları Yalçın Rzazadə, Flora Kərimova və Mirzə Babayev oxumalıydılar amma filimin musiqisi Moskvada yazılmalıydı. Ona görə də buradan Moskvaya hazır material getməliydi. Ona görə də bəstəkar öz ifaçıları ilə birlikdə musiqilərini tam və xırda detalları ilə müzakirə edib, materilalları hazırlayır. Əslində söhbət açdığımız mahnı o filimdən deyil. Sadəcə, bu mahnını o filmlə bağlayan yeganə əlaqə bu mahnının o dövrdə bu qaynar iş prosesi nəticəsində ani, gözlənilmədən, növbədən kənar və ildırım sürətiylə yaranışı oldu. Məhs həmin səfər ərəfəsində maraqlı hadisə baş verir. Gecələrin birində bəstəkara açılan zəng onu yeni mövzu və ideya daşıyan gözəl bir mahnını yaratmağa vadar edir.

 Beləliklə, ötən əsrin 70-ci illərində Azərbaycan estrada musiqisi tarixində çox böyük çəkiyə, nüfuza malik olan, özüdə paytaxtımız Bakıya həsr olan ən lirik nəğmələrdən biri yarandı. Təsadüfi deyil ki, bu mahnı uzun illər Azərbaycan Televiziya və Radio dalğalarında Bakı sabahlarının himninə çevrilərək, paytaxt sakinlərini salamlayır və sühb çağrışı kimi onların nikbin, pozitiv ruhunu kökləyirdi. Belə xoşbəxt tale yüzlərlə mahnı içərisində nadir mahnılara nəsib olur. Ona görə də həmin xoşbəxt mahnılardan biri olan

“Bakı, sabahın xeyir!” mahnısının tarixcəsinə nəzər salacayıq.

 

İslam Səfərli (nəvə): Bir gün babam İslam Səfərli öz qardaşı Hidayət Səfərli ilə birlikdə şəhəri gəzintiyə çıxırlar və İslam Səfərli şəhəri o qədər çox istəyirdi ki, ona vurğun baxışlarla baxırdı və özünü elə hiss edirdi ki, şəhər ona məxsusdur. Qardaşı Hidayət müəllim İslam Səfərliyə sual verir: “İslam, sən elə gedirsən ki, güya şəhərin başçısı sənsən, şəhərin ağası sənsən”. İslam Səfərli bele bir cavab verir: “Şəhərin başçıları gəldi-gedərdi. Amma şair həmişə şəhərdə yaşayacaq, həmişə onun qəlbində olacaq. Mən həmişə şəhərin qəlbində olmaq istəyirəm. Bunun üçün mən Bakı  haqqında şeir yazacağam” və belə söz işlədir “Mən şəhərin himnini yazacağam” və həmin günün gecəsi qardaşı Hidayət Səfərliyə zəng edib, deyir ki, şeir hazırdır.

 

Yalçın Rzazadə: Gecə saat 1, 2-yə işləmiş mənə zəng olundu. Gördüm ki, səs gəldi “Yalçın, yatmamısan ki?” başa düşdüm ki, bu mənim çox hörmət etdiyim, böyük şair İslam Səfərliydi. Dedim xeyr İslam müəllim yatmamışam, mən sənətkaram, sənətkat gec yatar. İslam Səfərli dedi ki, bir şeir yazmışam, istəyirəm ona qulaq asasan, şeiri bir saat olar yazmışam, adını da “Bakı sabahın xeyir!” qoymuşam.

 

İslam Səfərli (nəvə): İlk növbədə Yalçın Rzazadə ilə İslam Səfərli yaxın dostluğu səbəb olmuşdur. Ona görə də ona zəng etmişdir və bir müğənni kimi bu sözlərin mahnıya yaraşıb-yaraşmadığını bəlkədə, Yalçın müəllimlə bölüşmək istədi.

 

Yalçın Rzazadə: Dedim, İslam müəllim, olar mən qələm-kağız götürüm? Bir də mənə diktə eləyin, mən bu sözləri yazım.... O qədər bu sözlər mənə təsir etdi.

 

İslam Səfərli (nəvə): Bakını tərənnüm edən şairlər, mahnılar, musiqilər çox idi. Amma, “Bakı, sabahın xeyir!” Bakıyla danışmaq demək idi. İslam Səfərli Bakıyla danışmaq istəyirdi. Bakını o qədər çox istəyirdi ki, Bakıya sabahın xeyir deyirdi.

 

Flora Kərimova: Sabahın xeyir Azərbaycan, sabahın xeyir Türkiyə deyirlər “Bakı, sabahın xeyir” bu sabahın xeyirlərdən çox-çox əvvəl səslənib. Orijinal səslənib. “Bakı, sabahın xeyir” deyəndə qulağa təzə bir ifadə gəlirdi.

 

Yalçın Rzazadə: Artıq gecə saat 2-yə yaxın idi. Bilirdim ki, Emin Sabitoğlu işləyir. O, gecə saat 4-ə kimi, bəzən səhərə kimi işləyirdi. Emin, gecələr işləməyi çox xoşlayardı. Həmən Eminə zəng vurdum. Dedim ki, Emin, mənə İslam müəllim zəng etmişdi və belə gözəl şeir yazıb, adını da “Bakı, sabahın xeyir!” qoyub. Emin də məni kimi dedi ki, Yalçın, dayan kağız-qələm götürüm bu sözləri yazım. Telefonda sözləri dedim Emin yazdı. Sonar söhbətləşdik, dedi ki, sabah Moskvaya uçuruq, oradan gələndən sonra görüşərik. Sağollaşdıq.... Artıq gecə saat 3-ə yaxın olardı, telefon zəng çaldı. Bir də gördüm, Emin Sabitoğludur, deyir musiqi hazırdır, qulaq asmaq istəyirsən? Dedim əlbətdə, telefonu pianonun üstünə qoydu, Eminin çox gözəl oxumağı vardı və Emin pianoda “Bakı, sabahın xeyir!”i çaldı, sözləri ilə bir yerdə oxudu.

 

Ceyran Mahmudova (bəstəkarın qızı): Adətən şəhər haqqında, şəhərin gözəlliyi haqqında mahnı olur. Məsələn; Bakı gecələri daha çox axşam mühütiylə, gəzintiylə bax belə bir lirik mahnıdır. Amma “Bakı, sabahın xeyir!” bir növ Bakıya açılan gözəl, günəşli səhər kimi qavranılır.

 

Yalçın Rzazadə: “Bakı, sabahın xeyir!” mahnısı söləri ilə birlikdə 3 saat yarıma taleyi həll olundu.

 

Ceyran Mahmudova (bəstəkarın qızı):  Yaradıcılıq elə bir şeydir ki, o, ani olur. Təsəvvür etmirəm ki, mahnını saatlarla necə yazmaq olar? Atam mahnılarını tez yazardı. Bəzən melodiya onu küçədə, hardasa dostlarıyla əyləşəndə beyninə gəlirdi. Məsələn; siqaret qutusunun arxasına melodiya yazardı.

 

***



Könül Arifqızı
:  Beləliklə, 1972-ci ildə dekabr ayında bəstəkarın şəxsi təşəbbüsü ilə Yalçın Rzazadə “Azərbaycan Dövlət Sinfonik orkestiri” ilə mahnını yazdırdı. O zaman orkestirə Ramiz Məlikzadə drijorluq edirdi. Bu mahnı efirlərə çıxandan sonra dərhal ekranlaşdırıldı. Məhs, sinfonik orkestirin ifasında səslənən ifa.

 

 

Yalçın Rzazadə: Necə ki, qısa müddətdə yaranmışdır, Azərbaycanda böyük bir sinsasionlu mahnıya çevrildi. Şedevir bir musiqiyə çevrildi.

 

İslam Səfərli (nəvə): Neçə illər ərzində Azərbaycan Dövlət Televiziyası bu mahnı ilə öz verlişlərini başlayırdı.

 

Ceyran Mahmudova (bəstəkarın qızı):   Təsadüfü deyil ki, uzun illər bu mahnı Bakı metropolitenində çalınırdı. Yəni insanlar işə gedəndə, dərsə gedəndə və s. bu mahnını eşidirdilər.

 

Flora Kərimova: Hətda, azadlıqdan məhrum olan insanların səhəri bu mahnı ilə başlayırdı.

 

Yalçın Rzazadə: Xaricə gedəndə, təyyarə uçanda belə belə “Bakı, sabahın xeyir!” səslənirdi.

 

İslam Səfərli (nəvə): Daha sonralar artıq babam İslam Səfərli vəfatından sonra onun oğlu, rəssam İlham Səfərli  digər bir “Bakı, sabahın xeyir!” adlı rəsm əsəri yaradır. Əsərin baş qəhramanı olan İslam Səfərlini öz fırçasında canlandırır. Bu şeirdən fırçaya axan mahnıdır.

 

Könül Arifqızı: Cəmi 1 il ötəndən sonra yəni 1973-cü ildə Yalçın Rzazadə bu mahnını başqa müşayətdə yazdırır. O zaman mahnını məşhur, dövrün kifayyət qədər tanınmış kollektivlərindən olan “Dan ulduzu” insturmental ansambılı müşayət  etmişdir. Baxmayaraq ki, bu ikinci cəhd idi, məhs, bu versiya Azərbaycan musiqisi tarixinə, bu mahnının tarixinə ən parlaq və gözəl nümunələrindən biri kimi daxil oldu. Görünür, bu sirr onda idi ki, məhs, “Dan ulduzu” ansambılı özəl, özünə məxsus səslənməsi və alətlərin dəqiq istifadəsi bu mahnıya özəllik, maraqlı aura bəxş etmişdir. Təsadüfü deyil ki, bu ifadan sonra, Yalçın Rzazadədən sonra bu mahnıya müraciət edən hər bir ifaçı müşayət üçün “Dan uıduzu” insturmental ansambılına müraciət edirdi.

 

Yalçın Rzazadə: Qostrol səfərinə gedirdik. Gördüm, bu mahnıya tələbat var. Yəni xaricə gedəndə bu mahnını səsləndirmək istəyirdim, çünki, bu mahnıda səs diapazonu böyükdür və vakalist öz  vakal səsini bu mahnıda göstərməyə imkanı var.

 

Ceyran Mahmudova (bəstəkarın qızı):   Sinfonik orkestirin öz imkanları var. Bu daha akademik ifadır. “Dan ulduzu” ansambılının isə öz yeri var. Hansınınsa ifasını üstün tutmaq mənim üçün çox çətindir. Mənə daha yaxın, doğma “Dan ulduzu”nun müşayətidir. Çünki, bu adi insanlara daha yaxın olan səpkidədir.

 

Flora Kərimova: Gülarə xanım oturduğu yerdə beynində aranjıman edirdi. Sonra yerindən sıçrayırdı, insturmentdə ifa edirdi. Bu anda ona yaxınlaşıb, bir sual vermək mümkün deyildi.

Ceyran Mahmudova (bəstəkarın qızı)
:    Gülarə xanım özü  çox gözəl musiqiçi idi. Hər hissəni alətlərə paylamaq üçün musiqi duyumu lazımdır. Gülarə xanım da çox gözəl musiqini duyurdu.

Yalçın Rzazadə
: Eminin bir xasiyyəti var idi. O, mahnılarını hətda başqaları orkestirovka edəndə, hətda Moskva da orkestirovka edəndə özü orkestirovkanın başı üstündə dururdu.

Könül Arifqızı
: 1973-cü ilin may ayında “Bakı, sabahın xeyir!” mahnısı özünün ikinci parlaq ifaçısını qazandı. Emin Sabitoğlunun çoxsaylı mahnılarının ifaçısı Flora Kərimova “Dan ulduzu” insturmental ansambılının müşayəti ilə ifa edib, yazdırdı. Həmin ifa da mahnının tarixinə ikinci uğurlu ifa kimi daxil oldu. İlk mükəmməl versiyadan sonra bu mahnını bu qədər təsirli və parlaq ifa etmək üçün ifaçıdan tələb olunan bütün müsbət kefiyyətlər bu təqdimatda cəmlənmişdi. Müğənninin səs çalarları, emosional ifası, diapazonu, obrazı mükəmməl mənada çatdırmaq məharəti onun bu mahnını bərabər hüquqlu ifaçısına çevirdi. Baxmayaraq ki, Flora Kərimova bu mahnının ikinci ifaçısıdır.

 

Flora Kərimova: Yalçının gözəl ifası var idi. “Bakı sabahın xeyir!” mahnısını artıq Yalçının ifasında eşitmişdim, sevmişdim. Təbii ki, hardasa mahnıda özümü də görürdüm. “Mahnı mənimdir” belə düşünürdüm. Hər müğənni özünü, mahnını özü boyda ölçür. Emin mahnıda Yalçını görürmüşdü və düzdə görmüşdü. Ancaq mahnını, hərdəm müğənnilərdə olur, özlərini görürlər. Bu mahnıda özümü görmüşdüm. Bir gün Emin mene zəng etdi. O vaxtlar başqa müğənninin mahnısını oxumaq üçün icazə istəmirdilər, ancaq Emin özü bu mahnını oxumağımı istəmişdi ki, mahnın ikinci ifaçısı olum. Mən mahnını bir nəfəsə oxudum. Əvvəl fonaqram yazıldı. Oxuyub qurtardıqdan sonra Emin səs rejisoru ilə şüşə arxasından çox sürətlə əl çalırdılar. Bunları görürdüm, ancaq şüşə arxasından eşitmirdim. Emin çox sürətli insan idi. Hər şeyi tez, çaparaq edirdi... Birinci qapı sonra ikinci qapı açıldı, Emin üstümə cumdu, məni qucaqlayıb, öpdü.


 

Ceyran Mahmudova (bəstəkarın qızı):    Tamaşaçıların nəzərinə çatdırmaq istərdim ki, bu mahnılar lentə alınanda indiki kimi cümlə-cümlə, söz-söz studiyada yazdırmaq qeyri-mümkün idi. Yəni mahnı əvvəldən sona kimi yazılırdı. Əgər hər hansı bir ifaçı istər hansısa alətdə ifa edən, istər müğənni çaaşırdısa, səs yazma saxlanılırdı və təzədən başlayırdılar. Ona görədə bu mahnıların ifasının çətinliyi ondan ibarətdir. Bu mahnıların bəzilərini bir çoxu indi ifa olunmur. Çünki, indi onları ifa etmək hər müğənninin işi deyil.

 

 Flora Kərimova: Gözəl ifadan sonra gərək qurd ürəyi yeyesən ki, özümü nəzərdə tutmuram, ümumiyyətlə, hər hansı bir mahnı gözəl ifadan sonra onu təkrar etmək çox çətindir, qazandığın dvidentləri 5 dəqiqəyə itirə bilərsən.

                      

Könül Arifqızı: Çox qəribədir ki, uzun illər efirlərdən düşməyən və aktuallığını bir an belə  itirməyən  bu əsərin sonrakı taleyi ifaçılar sarıdan uğurlu olmadı. Bu mahnıya müraciət edən müğənni demək olar ki, yox idi. Yalnız 1980-ci illərdə Azərbaycan Tele-Radiosunun solisti Dəyanət Nəzərov “Dan ulduzu” insturmental ansambılının müşayəti ilə mahnını ifa  edib, yazdırdı. 

 Flora Kərimova: Görünür, nə məni ayrıca, nə də Yalçını təkrar edə bilmirlər. Bu yaxınlarda Yalçının ifasında indiki yazılan  mahnıları eşitmişəm. İndiki cavanlarda hanı o səs?

 

Yalçın Rzazadə: Mahnını çalışıblar oxumağa. Bir verlişdə, bir müğənni mahnını ifa edərkən nəqarət yerində səsi batdı və bir ton aşağı düşdü.

 

Ceyran Mahmudova (bəstəkarın qızı):  Bəstəkarın mahnısını nə qədər çox müğənni ifa etsə yaxşıdır. Amma hansı müğənni, hansı şəraitdə. Məsələn; Yalçın müəllimdən sonra Flora xanım ifa etdi. Yalçın müəllim buna etiraz etmədi. Flora xanımla Yalçın müəllimin arasında inciklik olmadı. Çünki, Flora xanım bu mahnını başqa səpkidə ifa etdi.

 

Könül Arifqızı: Son dövrlər “Bakı, sabahın xeyir!” yalnız insturmental ifada qeydə alınıb. Ötən əsrin son 10 illiyində məşhur kollektivlərdən biri olan “Badü Kübə” ansambılının saksafon ifaçısı Eldar Zeynalov ifa etdi və yazdırdı. Bu ifa mahnının tarixində olan həlləlik son ifadır.

 


 

 Eldar Zeynalov: Yanılmıramsa, 1998-ci ildə bu mahnını sənətləşdirdim. Mahnının xarakteri Bakı haqqında olduğuna görə istəmədim çox qəlizləşdirəm. Fikrim var idi ki, mahnının ritmini  dəyişim və mahnı səhərə aid olduğu üçün kosmik ritmlər, ulduz səsləri, kosmik səslər səsləndirim. Çox fikirləşdim, 7-ci duyğum mənə dedi ki, yox, necə orginal varsa, elə də qalsın.

 

Flora Kərimova:  İnsturmentalist səslə müqaisə olunmayan bir şeydir. İnsturment çalanda deyə bilərsən, yaxşıdır ya pisdir. Ancaq bunun xırdalıqlarına varmaq olmur.

 

 Eldar Zeynalov: Səslənmədə musiqiçilər tərəfindən çox kritikalar ilə rastlaşdım.

 

Ceyran Mahmudova (bəstəkarın qızı):   Atamın mahnılarını insturmental ifaçılar ifa edəndə bəzən xoşuma gəlir, bəzən xoşuma gəlmir. Bu profesionallıqdan irəli gəlir. Profesional ifadırsa, yaxşı alınır. Ənvər Sadıqov “Bizim Cəbiş müəllim”dən valsı ifa edib, çox profesional ifadır. Mən onun akardion ifasını kəşf etdim.

 

Flora Kərimova: Eldar Zeynalov çox gözəl ifa edib, inanıram ki, Emin razı qalardı.

 

***

 

Ceyran Mahmudova (bəstəkarın qızı):   Mahnını eşidərkən, Bakının səhərini təsəvvür edirəm. Özü də Bakının ən gözəl yerləri olan “Şəhidlər Xiyabanı”nından görüntüləri, yəni dağüstü hissədən görüntülər, dəniz kənarı parkı, günəşin çıxmasını təsəvvür edirəm. Məncə, mahnının əsas ideyası – həyat davam edir, həyat gözəldir...

 

 İslam Səfərli (nəvə): Babamın Xəzərdən günəşi çıxardaraq Bakıya sabahın deməsi yadıma düşür.

Eldar Zeynalov
: Bir tərəfdən adam şənlənir, digər tərəfdən qüssələnir. Ancaq şənlənmək daha çoxdur. Yəni Bakıya sabahın xeyir deyilir. Adam fərəhlənir ki, Bakıma sabah gəlir, xeyir gəlir.

 


Flora Kərimova: Ən birinci Eminin sürəti, onun hətda, bu mahnıyla əlaqəsi olmayan hansısa hərəkərləri, sözü, zarafatı. Mahnı səslənəndə Eminin həm musiqiçi, həm də insan kimi obrazı.

 

Yalçın Rzazadə: “Bakı, sabahın xeyir!” mahnısı səslənəndə tək Bakının səhəri yox, həm də onu yaradan əzizlərim, dostlarım, onların sözləri, vucudları, zahiri görünüşləri gözümün qabağında durur.

 

Könül Arifqızı: 4-cü 10-illiyini yaşayan “Bakı, sabahın xeyir!” mahnısı yarandığı dövr üçün əsl hadisəyə çevrilmişdi. Əvvəla Bakıya sabahın xeyir xitabıyla müraciət olan ilk mahnı idi. Onun ritmi və melodiyası qərb melodiyalarına və estrada melodiyalarına çox yaxın tərzdə idi və buna görədə orjinal və fərqli idi. Bu mahnının pozitiv ruhu, nikbinliyi insanlara gözəl ovqat yaradırdı. Sanki Bakı sabahlarının himninə çevrilən bu mahnı paytaxt sakinlərinə açılan yeni günün, hətda yeni ömrün qayğısızlığına bir zamanət verirdi. Görünür, əsl sənət əsərinin özəlliyi bundadır. Onlar öz dinləyicilərində ümüdlər, gözəl emosiyalar yaratmalıdır.

 Beləliklə, bu mahnı 1970-ci illər estrada musiqisinin ən unikal keyfiyyətlərini özündə əks etdirən gözəl bir nümunə oldu. Tam məsuliyyəti ilə söyləmək olar ki, onun hər kəlməsində, misrasında, notunda və intonasiyasında dövrün, epoxanın abu-havası, təsiri və izi görünür. Bu mahnın sədaları altında neçə-neçə nəsilər böyüdü, boya-başa çatdı. Demək olar ki, bu mahnıda tək paytaxtımızın deyil, onun sakinlərinin də ömür səhifələrinin tarixçəsi yaşayır.

 

  

 

Bir mahnının tarixçəsi

“Bakı, sabahın xeyir!”

İctimai televiziya, 16 sentyabr 2008-ci il.

Xronometraj: 29 dəq.

SAFARLI NEW SERVICE

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


adminlə əlaqə:
e-mail: elchinsafarli@bk.ru
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free